Sabah 40˚ isti olacaq

Sabah 40˚ isti olacaq
Şou-biznes 1328

Avqustun 15-də ölkənin bəzi yerlərində temperaturun müsbət 40 dərəcəyə qədər yüksələcəyi ehtimal olunur. 

BAKU.WS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadla verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturugecə 23-26˚, gündüz 32-37˚, Bakıda gecə 24-26˚, gündüz 35-37˚ isti olacaq.

Azərbaycanın əksər rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında gecə 20-25˚, gündüz 35-40˚ isti, dağlarda gecə 15-20˚, gündüz 27-32˚ isti qeydə alınacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin günəşli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorolog...

775 Şou-biznes 13:03 13 avqust 2015

Son xəbərlər