Rüfət Nasosnu ilə türk müğənni arasında nə baş verib?
Yeniliklərdən dərhal xəbərdar olun
Meyxanaçı Rüfət Nasosnu türkiyəli sənətçi Ahmet Enesə 1 500 dollar məbləğində cərimə ödəməli olması ilə bağlı məsələyə aydınlıq gətirib.
BAKU.WS xəbər verir ki, meyxanaçı "Qaynarinfo"ya açıqlamasında sözügedən cəriməni ödəməyəcəyini bildirib:
"Bununla bağlı türkiyəli müğənni "Instagram" hesabında da yazmışdı. Hadisə 2013-cü ildə olub. Cəriməni ödəmədim. Mahnını sildim".
Xatırladaq ki, meyxana ifaçısı Rüfət Nasosnu 2013-cü ildə türkiyəli sənətçi Ahmet Enesə aid olan "Get" adlı mahnını ifa edib. Buna görə sənətçinin komandası ona 1 500 dollar məbləğində cərimə tələbi ilə bağlı xəbərdarlıq məktubu göndərib.
Oxşar xəbərlər
Xuraman Əlizadəyə ağır itki üz verdi
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib.BAKU.WS xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında dünyasını dəyişib. Mərhu...