Rəsul Çunayevin evindən REPORTAJ: "Güləşçi mətbəxə keçdi, yemək bişirdi" (VİDEO)

Rəsul Çunayevin evindən REPORTAJ: Güləşçi mətbəxə keçdi, yemək bişirdi (VİDEO)
Video
Şou-biznes 7649

"Rəsul Çunayevə dedim ki, bundan sonra idmanla məşğul olmayacaqsan. O çox kövrəldi. Rəsul travma almışdı, ona görə onu idmana buraxmaq istəmirdim. Amma sonra oğlumun idmana nə qədər bağlı olduğunu gördüm.”

BAKU.WS-in məlumatına görə, bu barədə Rəsul Çunayevin atası Həmzət Çunayev Xəzər TV-yə danışıb.

Belə ki, Xəzər TV-də yayımlanan "Hər şey daxil” verilişi dünya çempionu Rəsul Çunayevin evində olub və ailəsi ilə reportaj hazırlayıb.

R.Çunayevin uşaqlıq illərindən, idmana olan böyük həvəsindən danışan valideynlər bildiriblər ki, qələbə qazananda da, məğlub olanda da Rəsulun yanındadırlar.

Həmzət Çunayev oğlunun yarışlarını televizordan izlədiyini deyib: "Çünki insan həmin an həyəcanlı olur. Evdə rahat olursan, hərəkət edirsən”, - deyə H.Çunayev deyib.

Rəsul Çunayevin anası Elzanə xanım isə deyib ki, oğlunu qanadları altında böyütməməyə çalışıb.

"Rəsul tək oğlumdur. O çox yaxşı övladdır. Göründüyü kimi insandır. Daxildən nə gəlirsə, onu da edir. Rəsul yumuşaq və sadə xarakterlidir. Rəsul uşaq vaxtlarından Bakıda tək yaşayıb. O təkbaşına öz qayğısına qalmağı bacarır. Oğlan uşağı anasının qanadının altına sığınmamalıdır. O dünyanı görməlidir”, - deyə Elzanə Çunayeva bildirib.

Rəsul Çunayev evdə yemək bişirməyi də bacardığını bildirib. O veriliş zamanı mətbəxə keçərək yeməyin bişirilməsində anasına kömək də edib.

Murad

BAKU.WS  

Oxşar xəbərlər

Son xəbərlər