Rəqsanənin əkizləri ilə ilk görüntüsü - FOTO
12
okt
2018
15:55
Əkiz uşaq anası olan müğənni Rəqsanə İsmayılova yeni fotosunu paylaşıb. BAKU.WS xəbər verir ki, foto doğum evində çəkilib.Şəkildə küvəzdə saxlanılan əkizlər də yer alıb.Əkizləri dünyaya gələn Rəqsanə bu gün mətbuata açıqlama verib. Müğənninin açıqlasını olduğu təqdim edirik: "Çox çətin bir dönəm oldu. Düzdür, mətbuatda ana olmağımla bağlı xəbər yayılmışdı. Amma həmin zaman ana olmamışdım. Hazırda ana oldum. Allahıma şükür edirəm və hər kəsə valideyn olmağı arzu edirəm. Sadəcə, uşaqlar üç ay tez doğuldu. Əkizlər 2 ay küvəzdə saxlanılacaq. Reanimasiyadan yeni çıxmışam. Həyat yoldaşım bu haqda çox danışmağımı istəmir. İnşallah bir az özümə gəlim işlərimə qayıdacam".Qeyd edək ki, bu, Rəqsanənin ikinci nikahıdır. O, Rusiyada yaşayan iş adamı Fazil bəylə ailəlidir. Sənətçinin Aysun və Yağmur adlı iki qızı da var.BAKU.WS
Oxşar xəbərlər
Rəqsanə ana oldu - Əkizlər 2 ay küvəzdə saxlanılacaq
Müğənni Rəqsanə İsmayılova yenidən ana olub. BAKU.WS axşam.az-a istinadən sənətçinin mətbuat katibi deyib. Əkizləri dünyaya gələn Rəqsanənin sözlərini olduğu ki...