Rəqsanə ana oldu - Əkizlər 2 ay küvəzdə saxlanılacaq
12
okt
2018
12:38
Müğənni Rəqsanə İsmayılova yenidən ana olub. BAKU.WS axşam.az-a istinadən sənətçinin mətbuat katibi deyib. Əkizləri dünyaya gələn Rəqsanənin sözlərini olduğu kimi təqdim edirik:"Çox çətin bir dönəm oldu. Düzdür, mətbuatda ana olmağımla bağlı xəbər yayılmışdı. Amma həmin zaman ana olmamışdım. Hazırda ana oldum. Allahıma şükür edirəm və hər kəsə valideyn olmağı arzu edirəm. Sadəcə, uşaqlar üç ay tez doğuldu. Hazırda əkizlər şüşə altında saxlanılır. İki ay bu cür davam edəcək. Reanimasiyadan yeni çıxmışam. Həyat yoldaşım bu haqda çox danışmağımı istəmir. İnşallah bir az özümə gəlim işlərimə qayıdacam".Qeyd edək ki, bu, Rəqsanənin ikinci nikahıdır. O, Rusiyada yaşayan iş adamı Fazil bəylə ailəlidir. Sənətçinin Aysun və Yağmur adlı iki qızı da var.BAKU.WS
Oxşar xəbərlər
Rəqsanənin əkizləri 7 aylıq doğuldu
Müğənni Rəqsanə növbəti dəfə ana olub.BAKU.WS "Ölkə.Az"-a istinadən xəbər verir ki, sənətçinin əkiz övladları-dünyaya gəlib. Körpələrdən biri qız, digəri oğland...