Rəqsanə onu döyən keçmiş sevgilsindən danışdı: "Ondan sevgili olmaz"
Müğənni Rəqsanə İsmayılova eks-sevgilisi Faiq Azayevin həbs edilməsinə münasibət bildirib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi şəxsi instaqram səhifəsində həmişə səbr etdiyini, bu səbəbdən də qalib gəldiyini qeyd edib.
Rəqsanə yazıb ki, haqq-ədalət öz yerini tutub:
"Bu həyatda Allahımdan çox razıyam. Əvvəla haqqı danıb nahaq yolla insanı şərləməyə çalışan insanlar gec-tez Allah qarşısında cavab verir və haqqını alır. Zamanında çox deyildi və yazıldı. Aradan demək olar ki, illər keçdi. Amma Allaha sığındım, səbr etdim və o, yollarımı açdı. Gözəl ailəm oldu, iki gözəl balamla çox xoşbəxtəm. Allahını unudan insanlar bir-bir cavabını alır.
Haqq-ədalət öz yerini tapır. Əslində mən çətin günə sevinən insan deyiləm və buna haqqım da yoxdur. Mən də ana, Allahın bəndəsiyəm. Sadəcə mənim adımdan, tanınmağımdan istifadə edib bacardıqları qədər çörəyimi yeyib mənə quyu qazıblar. Adını çəkmək istəmədiyim qadının bir zaman güvəndikləri indi haradadır? Bu gün yenə mənim adımın altında gizlənib. Bir daha adımı o insanların yanında qətiyyən hallandırmayın. Onlardan nə sevgili, nə dost, nə də ki, insan olar.
Sadəcə salam verib, dost demək istəmişəm. O gündən bu günə kimi zəfər çaldım. Çünki təmiz idim. Səbr etməklə hər kəsin kimliyi bəlli olur. Allah heç kimi darda qoymasın. Şər, böhtan söyləyən, şeytan əməlinə uyub min oyuna əl atan, insanın üzünə duranlar bədbəxtdir”.
Xatırladaq ki, ötən gün Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Rəqsanə izləyicisini təhdid etdi: "Sənin dilini boğazından çıxarıb..."
Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə onun ünvanına təhqir yazan izləyicisini təhdid edib. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, ifaçı oğlanın foto...