Roza Zərgərli: "Yenidən ailə həyatı qura bilərəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Roza Zərgərli şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, sənətçi müsahibələrindən birində yenidən ailə həyatı qura biləcəyini açıqlayıb:
“Niyə də ailə həyatı qurmayım? Təbii ki, qarşımdakı insan güclü olmalıdır. Çünki artıq mən güclü olmaqdan yorulmuşam. Hərdən istəyirəm ki, zəif olum, qoy məni qorusunlar.
Mən xoşbəxtliyi sırf kişi ilə münasibətdə görmürəm. Ailəm varsa, görəcəyimiz işlər də var. O işlərə görə bir çox şeyləri qurban vermək olar. Səni sevən insan o qurbanları səndən tələb etməz”.
Qeyd edək ki, Roza Zərgərlinin 4 övladı var. O, bir müddət əvvəl həyat yoldaşı ona xəyanət etdiyi üçün boşanıb. Cütlüyün övladları hazırda Zərgərli ilə qalır.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...