Röya illər sonra "Sultanım"ı belə təqdim etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Hazırda Dubayda istirahətdə olan pop kraliça Röya Ayxan böyük sevgi və rəğbət qazanan "Sultanım" mahnısını akustik versiyada təqdim edib.
BAKU.WS xəbər verir ki, sözləri Nadoya, musiqisi Pərviz Mahmudova məxsus olan mahnıya maestro Sezgin Tellaloğlunun musiqi rəhbəri olduğu orkestr ilə yeni nəfəs verilib.
Xalq artistinin bu dəfə akustik variantda səsləndirdiyi "Sultanım" mahnısı instrumental alətlərlə müşayiət olunub. Sənətçi bəstəyə Türkiyədə video çarx da hazırlatdırıb. Video rolikin müəllifi rejissor Kemal Başbuğdur.
Qeyd edək ki, "Sultanım" mahnısının akustik variantda təqdimatında 13 musiqiçi iştirak edib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...