Röya Brilliant Dadaşovanın bikinili fotosu haqqında: “Onunla fəxr edirəm”
Hazırda Fransada, Parisdə istirahət edən əməkdar artist Röya Ayxan həmkarı, xalq artisti Brilliant Dadaşovanın çimərlikdə günəşlənərkən gizli çəkilərək, görüntülənən fotosunu şərh edib.
BAKU.WS xəbər verir ki, R.Ayxan həmkarının bikinidə olan şəklini paylaşaraq, "Mənim canım! Çox sevinirəm ki, mənim belə ulduzum var. Unutmayaq, Ajda Pekkan bikinidə bir klip çəkdirdi. Qadın 75 yaşında bütün yay diqqət mərkəzində oldu. Hamı ona həsrətlə "ay, bu bəxtəvərə bax” - dedi. Niyə bu gün mən starımı qəbul etməyim?! Dünyaya bir az geniş baxaq, hər şeyi olduğu kimi qəbul edək. Bəli, yaşda məndən böyük starlarım gözəl görünəndə mən fəxr edirəm. Rahat olun, azad olun” - qeydini yazıb.
Yeri gəlmişkən, B.Dadaşova sözügedən fotolarını çəkərək sosial mediada yayanları məhkəməyə verəcək.
BAKU.WS xəbər verir ki, müğənninin mətbuat xidmətindən daxil olan açıqlamada B. Dadaşovanın həmin fotoların yayılmasından narahat olduğu bildirilir:
"Artıq bu məsələ ilə aidiyyatı qurumların məşğul olur və səbəbkarların axtarışına başlanılıb. Həmin məkanın gizli kameralarının görüntüləri əsasında axtarışlara start verilib. Səbəbkarlar tapılan kimi mütləq qanun çərçivəsində cəzalanacaqlar”.
BAKU.WS
Oxşar xəbərlər
Brilliant Dadaşovanın gizlin görüntüləri yayıldı (FOTO)
Xalq artisti Brilliant Dadaşovanın çimərlikdə günəşlənərkən gizli görüntüləri yayılıb. BAKU.WS primetime.az-a istinadən xəbər verir ki, sənətkar uzun müddət öz...