Röya Ayxan konsertində sevənlərinə sürpriz edəcək

Röya Ayxan konsertində sevənlərinə sürpriz edəcək
Şou-biznes 177

"Mən 2005-ci ildən Heydər Əliyev Sarayında başladım. Biz ilk dəfə burada səhnələr quranda dedilər nə danışırsınız? Burada körpü tikmək olmaz. Biz onu da etdik".

BAKU.WS xəbər verir ki, bu sözləri bu gün konsert verən Xalq artisti Röya Ayxan açıqlamasında deyib.

Səhnəmizin ulduzu qeyd edib ki, ötən ilki möhtəşəm konsertlə öz arzusunu yerinə yetirib:

"Sonra ən böyük arzum ötənilki konserti vermək oldu, bu da möhtəşəm şəkildə baş tutdu. Biz o robotu Bakıya gəyirtdik, çox bahalı idi. Bütün dünyadakı ulduzları da gördünüz. Hamı biz yaşadığımızı yaşadı. Bütün şouları yaşadım".

Xalq artisti onu da bildirib ki, bu dəfə konsertində yeni sürpriz olacaq:

"Bu səfər mənim üçün sadəcə bir sürpriz var o da doğma qardaşəm İsmayılın mənə yazdığı mahnısıdır. Bu mahnıya da qiymət qoymuşam, bütün pillələrdə ilk olacaq, radiolarda çox dinləniləcək. Bu gün həmkarım Murad Ariflə də olan mahımız var. O biraz ağır mahnıdır, lakin İsmayılın mahnısı daha enerjili olacaq. Bu gün yeni iki mahnı səslənəcək".

İfaçı açıqlaması zamanı həyatda bəzi çətinliklər yaşadığını, lakin bunun onun sənət həyatına heç bir təsir göstərmədiyini açıqlayıb:

"Həyatda yaşadığım bütün olaylarda yıxılıb qalxmışam amma sənətdə bunu yaşamadım və heç bir sənət dostuma da bumu arzulamıram. Yaxşı ki, bu həyatı belə yaşamışam. Bütün sənət dostlarımla dostluq edirəm, hamısı ilə də əlaqəm yaxşıdır".

Qeyd edək ki, sənətçinin konserti sabah da davam edəcək. Röya Ayxanın silsilə konsertləri ifaçının səhnə fəaliyyətinin 25 illik yubileyinə həsr olunub.

Son xəbərlər