Röya Ayxan: "Afaq Gəncəli məni ürəklə təqdim edə bilmir"

Röya Ayxan: Afaq Gəncəli məni ürəklə təqdim edə bilmir
Video
Şou-biznes 114

Xalq artisti Röya Ayxan məşhur aparıcı Afaq Gəncəli ilə bağlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, "Pərvizə Görə" verilişinə qonaq olan sənətçi, məclislərdən birində Afaq Gəncəlinin onu təqdim etmə tərzini bəyənmədiyini bildirib.

İfaçı buna görə həm də aparıcıdanküsərək inciyib:

"Toylarda təqdimat bəzən məni narahat edir. Məsələn, mən buna görə Afaq Gəncəlidən çox inciyib, küsmüşəm. Orada onun qulağına da, mikrofonla camaata da öz sözümü demişəm. Elə bil məni təqdim etməyə qorxdu. Bilirsiniz, mənim haqqımda nə dedi? "İndi isə oxuyur populyar Röya" Dedim ay qız, nə danışırsan sən? Düzdür, sonra bu problemi aradan qaldırdıq. Amma yenə də məni ürəklə təqdim edə bilmir. O qızda nəsə var".

Ətraflı videoda:

Son xəbərlər