Röya Ayxandan "Sevgililər Günü" sürprizi
Xalq artisti Röya Ayxan 14 Fevral - "Sevgililər Günü"ndə sevib-sevilənlərə yeni sürpriz edib.
BAKU.WS xəbər verir ki, bu il səhnə fəaliyyətinin 25 illiyini qeyd edən, sənətçinin "Elə bilmə" adlı yeni mahnısı və klipi məhz "Sevgililər Günü" sevənlərinin ixtiyarına verilib.
Mahnının sözləri Orxan Mürvətliyə, musiqisi Tərlan Məmmədhüseynova məxsusdur.
Estrada ulduzunun ekran işini bu dəfə qardaşı İsmail Zade ərsəyə gətirib.
Klipin üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb.
Yeni mahnı və klip Röya Ayxanın yutub və bütün rəqəmsal platformalarında yerləşdirilib.
Oxşar xəbərlər
Aytən Səfərova: "Səhər bunu yeyəndə efirdə yuxum gəlir"
Aparıcı Aytən Səfərova şəkərdən imtina edib. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, o, bunun səbəbləri haqda "Xəbər ertəsi" proqramında danışıb: "Son vax...