Rio-de-Janeyro hava limanının tarixində AZAL təyyarəsi yeni rekord vurdu

04
avq
2016
15:54
Rio-de-Janeyro hava limanının tarixində AZAL təyyarəsi yeni rekord vurub. BAKU.WS-in məlumatına görə, "Rio-2016" Olimpiya oyunlarına ölkəmizin idmançılarını çatdırdıran Azərbaycan Hava Yollarına məxsus Airbus A340-500 sərnişin layneri Rio-de-Janeyronun "Qalean" Beynəlxalq hava limanının tarixində ən uzun uçuş kimi yeni rekord vurub. Hava gəmisi 12370 km məsafəni 14 saat 22 dəqiqə ərzində uçub.
Bu barədə "Qalean" hava limanının Facebook sosial şəbəkəsinin rəsmi səhifəsində bildirir:
BAKU.WS
Oxşar xəbərlər
AZAL Azərbaycanın Olimpiya komandasının Rio-de-Janeyroda Olimpiya oyunlarına çatdırılmasını təmin edir (FOTO)
Ötən gecə AZAL-ın xüsusi J2-5102 çarter reysi ilə Azərbaycanın Olimpiya komandası Rio-de-Janeyroya yola düşüb. İdmançıları aparan təyyarə saat 01:00-da Heydər...
