Rəhim Rəhimli Röya Ayxanın qardaşından danışdı

Rəhim Rəhimli Röya Ayxanın qardaşından danışdı
Foto
Şou-biznes 2374

Bir müddət əvvəl Xalq artsiti Röya Ayxanın qardaşı İsmayıl müğənniliyə başlayıb. Türkiyə şou-biznesinə qatılan İsmayıl həm Azərbaycanda, həm də Türkiyədə fəaliyyət göstərəcəyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, İsmayıl "Arb" televiziyasında yayımlanan “Səhər-səhər” proqramının qonağı olub. Verilişdə onunla bərabər müğənni Rəhim Rəhimli də iştirak edib.

O, həmkarı Röya Ayxanın İsmayıla yaxından dəstək olduğunu, bununla bərabər onun öz ayaqları üstə dayanmasını istədiyini bildirib:

“Röya qardaşı ilə bir duet oxusa, bir proqramda çıxış etsə, bu İsmayıla kifayət edər. Amma Röya istəyir ki, İsmayıl öz ayağı üstə durmağı bacarsın” –deyə Rəhim, qeyd edib.

Son xəbərlər