Ərdoğanın qızının nikah şahidi Davutoğlu olacaq (FOTO)
Mayın 14-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qızı Sümeyya Erdoğanla iş adamı Selcuq Bayraktarın toy mərasimi keçiriləcək.
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, cütlüyün nikah dəvətnamələri artıq hazırdır. 6 min nəfərin iştirak edəcəyii nikah mərasimində şahidlərdən biri baş nazir Ahmet Davutoğlu olacaq.
Dəvətnamədə gül çələngi göndərmək istəyənlərdən bunun yerinə əsgər və polislərə yardım fonduna pul köçürülməsi xahiş olunur. Mərasimin baş tutacağı Küçükçekmecedə yerləşən "Yahya Kemal Beyatlı" mədəniyyət mərkəzində hazırlıqlar sürətlənib.
Avropanın ən böyük səhnəsi sayılan "Arenamega" Ərdoğanın hakimiyyəti dövründə hazırlanıb. Açılışda prezident adı bəyənmədiyi üçün dəyişdirilərək "Yahya Kemal Beyatlı" mərkəzi adlanıb.
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğanın Azərbaycana səfərinin tarixi açıqlandı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin dəqiq tarixi açıqlanıb. BAKU.WS xəbər verir ki, Ərdoğan aprelin 25 və 26-da Bakıda keçiriləcək...