Rasim Balayevin oğlu bu məşhur filmdə çəkilib - VİDEO

Xalq artisti Rasim Balayev maraqlı açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, “Profil” verilişinə qonaq olan sənətçi övladlarından danışıb. Sənətkar onların tamam başqa sənəti seçdiklərini, onun yolunu davam etdirmədiklərini bildirib.
Xalq artisti onu da qeyd edib ki, övladlarından biri “Babək” filmində uşaq rollarından birinə çəkilib, lakin istedadı olmadığından bu sənəti davam etdirməyib:
“Onlar mənim günümü görürdülər. Nə qədər əziyyət çəkdiyimin şahidi olurdular. Bəlkə də, mənim kimi aktyor olmağa çəkindilər. Oğlumun biri “Babək” filmində kiçik bir epizoda çəkilib. Yadımdadır orada belə bir səhnə var: Ənvərlə gəlirik, su istəyirəm, deyirəm ki, Pərvin...
O səhnədə rol alan uşaq mənim oğlumdur. Sonra mənə dedi ki, "Ata, bu nə ağır işdir?" Başqa sənətə yönəldi. Bəlkə də, istedadı olsa idi, davam etdirərdi”.
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...
