Ramzan Kadırovun milyon dollarlıq malikanəsi (FOTO)
Çeçen Respublikasının dövlət başçısı olan Ramzan Kadırovun evinin fotoları yayılıb.
BAKU.WS-in məlumatına görə, fotolardan göründüyü kimi Kadırovun atasında qalma evi çox dəbdəbəli və böyükdür. Çeçenistan liderinin evinin içərisi barədə elə də dəqiq məlumatlar yoxdur. Ancaq iddialara görə, Kadırovun ən yaxın qohumları bu malikanədə dövlət başçısı ilə birgə yaşayır. Bu malikanənin dəyəri milyon dollarlarla ölçülür.
Ramzan Əhmədoğlu Kadırov 5 oktyabr 1976-cı ildə Çeçenistanının Tsentoroi şəhərində anadan olub. Çeçenistan Respublikasının ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonra Vladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikası dövlət başçısı olub. Dövlət başçısı olmadan əvvəl baş nazirlik vəzifəsinda çılışıb.
Birinci Rus - Çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərmiş, İkinci Rus - Çeçen müharibəsində isə Rusların yanında iştirak edib. Bu və bu cür davranışlara görə ona, 2004-cü ildə Vladimir Putin tərəfindən Rusiya Federasiyası qəhrəmanlığı Medalı verilib. Kadırov evlidir və beş uşaq atasıdır.
BAKU.WS
Oxşar xəbərlər
Kadırov yenə türkləri tənqid etdi
Rusiya Federasiyası Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov yenidən Türkiyə haqda yazıb. BAKU.WS xəbər verir ki, Kadırov öz İnstagram hesabında fiki...