Ramazan ayında necə qidalanmalı? - MƏSLƏHƏTLƏR - VİDEO
On bir ayın sultanı- Ramazan gəldi. Oruc tutanlar təxminən 17 saata yaxın ac qalırlar. Bəs, uzun müddət ac-susuz qalmağın yolları nələrdir? Hansı qidalar insanı tez acdırır, hansılar isə əksinə, aclığı və susuzluğu yatırır?
Oruc tutanların ən böyük çətinliyi boğazqurudan istilər və aclıqla sınağa çəkilmələrdir. Ramazan ayında qidalanma çox önəmlidir.Yay fəslina düşən Ramazan ayında bir tərəfdən isti hava, digər tərəfdən də günün uzunluğu insanların çətinliyini birə beş artırır. Rahat oruc tutub,aclıqdan və susuzluqdan uzaq durmaq üçün sahurda yeməklərə diqət etmək lazımdır.imsak vaxtı daha çox sıyıqlara üstünlük vermək və çoxlu su içmək,yaşıl çaydan uzaq durmaq, qara çaya üstünlük vermək lazımdır.
Bununla bərbər bəzən insanlar imsaka qalxmadan oruc tuturlarki, bu həm dini həm də tibbi nöqteyi nəzərdən təqdir olunmur. Çünki, uzun gün ərzində ac qalmaq orqanizmdə fəsadlara da yol aça bilər.
İmsak qədər ifatarda yeyilən qidalarda önəmlidir.Çünki, bədənn uzun müddət ac qalmasından sonra onu birdən birə yükləmək olmaz.Ona görə ilk öncə yüngül qidalardan başlayıb aramla nisbətən ağır qidalara keçmək olar.
Dietoloqların sözlərinə görə yemekdən yarım saat sonra həzmin rahatlaşması üçün bitki çaylarına ü,stünlk vermək laızmdır. Bununla bərabər fiziki aktivlikdə mütləqdir. Yaxşı olarki, iftardan sonra yarım saat yğrüş edilsin. Bu həm orqanizmi rahatladar həmdə sizin bədənizin yüklənməsinin qarşısını alar.
BAKU.WS
Oxşar xəbərlər
Sağlam qidalanmanın 9 QAYDASI: Oruc tutanlar, ƏMƏL EDİN
Bu il Ramazan ayı mayın 27-də başlayır. Artıq bir neçə ildir Ramazan ayı isti fəsilə təsadüf etdiyindən xüsusən işləyən insanların diqqətli olması və balanslı q...