QMİ-dən açıqlama: Həcc kvotası dolmayıb
12
iyl
2019
11:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə getməsi ilə bağlı müraciətlərin qəbulu davam edir.Qafqaz Müsəlmanları İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, bu il azərbaycanlı zəvvarların avqustun 1-dən 6-na qədər gedişi, avqustun 21-dən 25-nə qədər isə Azərbaycana dönüşü planlaşdırılır.Zəvvarların təyyarə ilə yola salınması nəzərdə tutulur. Artıq Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1250 nəfərə çatıb. Onu da qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Zəvvarların 8 təyyarə reysi ilə yola salınması planlaşdırılır.Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin artması ilə əlaqədardır.Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-dan verilən məlumatda isə deyilir ki, bu il Həcc ziyarəti zamanı siyasi, məzhəb şüarlarının səsləndirilməsinin qarşısı alınacaq. Bu barədə vəliəhd Məhəmməd bin Salmanın başçılığı ilə keçirilən Nazirlər Şurasının iclasında qərar verilib. Toplantıdan sonra yayımlanan bəyanatda zəvvarların ziyarət zamanı yalnız ibadətlə məşğul olmaları tövsiyə edilib: “Siyasi və məzhəbi danışıqlar heç bir şəkildə qəbul edilməyəcək” - deyə xəbərdarlıq edilib.
Oxşar xəbərlər
Bu il Həcc ziyarətində 950 mindən çox zəvvar iştirak edir
Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı 978.159 nəfərə çatıb.AZƏRTAC Səudiyyə Ərəbistanı Krallığının Baş Pasport İdarəsinin məluma...