Qızına təmtəraqlı nişan edən Nüşabə Ələsgərli kürəkəni ilə bağlı həqiqəti açdı - FOTO
Bu yaxınlarda qızını nişanlayan Əməkdar artist Nüşabə Ələsgərli kürəkəni haqqında danışıb.
BAKU.WS xəbər verir ki, Xəzər TV-nin "5-də5" proqramının aparıcısı Zaur Kamal ifaçıya belə bir sual ünvanlayıb:
"Azərbaycan yox idi, xaricə verdin qızı?"
Ələsgərli kürəkəninin italyan yox, türk olduğunu açıqlayıb:"Oğlum da, qızım da kimi istəsəydi, sevsəydi, mən ona etiraz etməyəcəkdim. Bunlar da Belçikada yaşayan türklərdir. Sadəcə olaraq oğlanın italyan restoranları var. Belçikada bizim ailəvi dostlarımız var, biz ailəvi onlara qonaq gedəndə oğlan görmüşdü. Dəfələrlə gəldi, amma baxma da qərib ölkədir, nə qədər olsa da razı deyildim. Sonra düşündüm ki, harada, kiminlə xoşbəxt olacaqsa. orada yaşasa yaxşıdır".Qeyd edək ki, ifaçının qızı Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Onun ailə quracağı Gino isə aşpazdır. Yerli saytlarda Ginonun italiyalı olduğu qeyd edilmişdi.
Oxşar xəbərlər
Gecə yarısı qapını açan Nüşabə Ələsgərli sürprizlə qarşılaşdı - VİDEO
Bu gün doğum gününü qeyd edən Əməkdar artist Nüşabə Ələsgərliyə sürpriz edilib.BAKU.WS xəbər verir ki, prodüser Vəfa Məmmədova və müğənni Zemfira İbrahimova gec...