Qalmaqallı paylaşımın səbəbi bəlli oldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa həyat yoldaşı Aysel İbrahimova "Səs Azərbaycan: Doğma nəğmələr" yarışmasına qatılıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, o, münsif kürsüsündə oturan aşıq Samirə Əliyevanın komandasında olmağı seçdikdən sonra Hüseyn instaqramda "Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına" sözlərini yazmışdı. Uzun müddət keçsə də tərəflər bu qalmaqalın səbəbini açıqlamamışdı.
"Səs Azərbaycan" müsabiqəsinin ötən gün yayımlanan buraxılışında isə cütlük və aşıq arasındakı qalmaqalın səbəbi üzə çıxıb. Bəlli olub ki, duet qarşıdurma mərhələsində Samirə Ayselə "yox" deyərək yarışmadan uzaqlaşdırıb.
Qeyd edək ki, Aysel bir müddət əvvəl Samirəni Hüseynin dostu olduğu üçün seçdiyini bildirmişdi.
Oxşar xəbərlər
Aktrisa Nərgiz Əliyeva: "3 gün cinlərlə yaşamışam" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aktrisa Nərgiz Əliyevadır. - Özünüzü necə təqdim edərdiniz?- Nərgiz Əliyeva. - Necə oldu ki, "Maşın şou"ya qatıldınız?- "Maşın şou"...