Qadınların hüquqlarını qorumaqla 12 trilyon dollar qazanmaq olar
Dünyada bütün xanımların hüquqları qorunsa qlobal Ümumi Daxili Məhsulda (ÜDM) 2025-ci ilədək əlavə olaraq 12 trilyon dollar artıma nail olmaq mümkün olar.
BAKU.WS xəbər verir ki, bunu McKinsey Global Institutunun araşdırmalarına istinad edən iqtisadçı-ekspert Vüqar Bayromov bildirib.
Onun gözlərinə görə, gender qeyri-bərabərliyi yalnız mənəvi və sosial deyil, eyni zamanda iqtisadi problemdir.
"Hətta qlobal əmək bazarında xanımların kişilər ilə eyni hüquqları olsaydı bu ÜDM-in 28 faiz artmasına gətirib çıxara bilərdi. ABŞ-da 18 trilyon dollarlıq ÜMD-in 7.6 trilyon dollarını xanımlar formalaşdırır. Sözügedən ölkədə xanımlar sadəcə bir gün işləməsə bu iqtisadiyyata 21 milyard dollar ziyan vurar. Bu əslində, xanımların iqtisadi gücünün ən yaxşı göstəricisidir. Azərbaycanda xanımların iqtisadiyyata töhvəsi hesablanmasa da, güman etmək çətin deyil ki, xanımlarınızın elmi və iqtisadi potensialından hələ də tam istifadə edilmir. Təhsilli, iqtisadi baxımdan özünü təmin edən xanım cəmiyyətin inkişafı və gender bərabərliyinin formalaşması baxımdan çox vacibdir”,- deyə ekspert qeyd edib.
BAKU.WS
Oxşar xəbərlər
Dollar ilin sonuna 2,50 manat ola bilər
Yeni il bayramına qədər ölkəmizdə dolların proqnozlaşdırılan məzənnəsini müəyyən etmək üçün bir neçə iqtisadçıya müraciət edilib. Qeyd edək ki, onların fikirl...