Azərbaycanda dollar bütün dünyanın əksinə niyə ucuzlaşır?
"Son 2 həftədə avroya nisbətən 5 faizə yaxın, yalnız bu gün isə 1 faizdən çox bahalaşan ABŞ dolları Azərbaycan Mərkəzi Bankının "təzyiqinə” davam gətirə bilməyərək son günlər manata nisbətən ucuzlaşmaqdadır. Əgər may ayının əvvəlində 100 avro almaq üçün 116 dollara yaxın vəsait ödəmək lazım idisə, indi hətta 112 dollardan az pul tələb olunur".
BAKU.WS-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, dünya bazarında dollar bahalaşanda bizdə ucuzlaşır və əksinə ABŞ valyutası qlobal arenada dəyər itirəndə Azərbaycanda güclənir:
"Hətta neftin dünya bazar qiymətindəki azalmalar da manata təsir göstərə bilməyib. Maraqlıdır ki, FED-in açıqlamasından sonra bu gün ABŞ dolları bütün aparıcı valyutalara nisbətən dəyər qazandı və sadəcə Bakıda "axsadı”. Baş bankın dünya bazarı və hətta özünün bivalyuta səbətindəki valyutaların məzənnəsinə uyğunlaşdırılmayan və koordinasiya edilməyən monetar siyasəti milli valyutamızın gələcək məzənnəsi üçün risklər yaradır".
V.Bayramov hesab edir ki, Mərkəzi bank dolların "acığına” deyil, pul bazarındakı mövcud və strateji dəyişikliklərə uyğun məzənnə müəyyənləşdirməlidir. Əks halda, Mərkəzi Bankın sürprizləri ilə tez-tez rastlaşmalı olacayıq.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dollar niyə ucuzlaşmır? (VİDEO)
Son bir ayda ABŞ dolları digər ölkələrin valyutalarına nisbətən dəyərini itirir. Bəzi valyutalar hətta dollara nəzərən 15 faiz bahalaşıb, ancaq Azərbaycanda əks...