Qadın qırdığı qolbağın qiymətini öyrəndikdə ürəyi getdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Yunnan əyalətində yerləşən Juyli şəhərində bazara gələn alıcı qadının, satıcının onun qırdığı qolbağın dəyərini bildirdikdən sonra ürəyi gedib.
BAKU.WS avtoreyd.az-a istinadən xəbər verir ki, qadın nefrit qolbağı ona yaraşıb-yaraşmadığını bilmək üçün götürdükdə, bəzək əşyası təsadüfən yerə düşüb. Bundan sonra məlum olub ki, qırılan qolbaq 300 min yuan dəyərindədir yəni hardasa 40 min dollardan bir qədər artıq.
Özündən gedən qadını ayıltdıqdan sonra o, zərərin ödənilməsi kimi 70 min yuan ödəmək üçün satıcıyla razılaşmağa cəhd edib, amma satıcı öz dediyində durub. Sonra isə müstəqil ekspert qolbağı 180 min yuan dəyərində qiymətləndirib. Məhz bu məbləği də qadının ailəsi satıcıya ödəməlidir.
BAKU.WS
Oxşar xəbərlər
"Ferma"da qız iştirakçının hamamda ürəyi getdi - VİDEO
ARB telekanalında yayımlanan "Ferma" realiti şousu bu dəfə də qalmaqalsız ötüşməyib. BAKU.WS xəbər verir ki, iştirakçılar tərəfindən təkləndiyi deyilən Hənifə...