Prezident 22 min dollara ev kirayələdi - FOTO

Prezident 22 min dollara ev kirayələdi - FOTO
Şou-biznes 1522

ABŞ prezidenti Barak Obama səlahiyyət müddəti başa çatdıqdan sonra qalacağı ev məlum olub. 

BAKU.WS xəbər verir ki, Obama paytaxtın ən zəngin məhəlləsi sayılan Kaloramada ev kirayələyib. Bu barədə rəsmi açıqlama verilməsə də, Obamalara yaxın şəxslər 5 milyonluq malikanənin Ağ Evdən cəmi 3 km-lik məsafədə yerləşdiyini deyirlər.

9 yataq otağı olan malikanənin aylıq icarəsinin 22 min dollar olduğu deyilir. Evin ümumi sahəsi 2500 kv.mertdir.

Obama son yüzillikdə vəzifəsini tərk etdikdən sonra Vaşinqtonda qalan ilk prezident olacaq. Son dəfə XX əsrin əvvəllərində Vidru Uilson Vaşinqtonu tərk etməmişdi.

Obamaların Amerikanın 3-cü böyük şəhəri olan Çikaqoda evi var. Lakin birinci ailə ikinci qızları Saşanın məktəbi bitirməsini gözləyəcək.

BAKU.WS

Oxşar xəbərlər

Barak Obamadan Azərbaycanla bağlı zarafat (VİDEO)

Barak Obamadan Azərbaycanla bağlı zarafat (VİDEO)

ABŞ prezidenti Barak Obama sabiq dövlət katibi Hillari Klintonu zarafatla öz sələfi adlandırıb. "Report" xəbər verir ki, Amerika lideri bunu şənbə günü Ağ evdə...

3556 Siyasət 10:58 01 may 2016

Son xəbərlər