"Pişik qadın" öldü
Plastik əməliyyatları ilə "Pişik qadın" adı qazanmış Coselin Vildenşteyn Parisdə vəfat edib.
BAKU.WS-in xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 84 yaşlı Coselin dekabrın 31-də Parisdə yerləşən bir oteldə dünyasını dəyişib. Onun nişanlısı ölümün ağciyər emboliyası səbəbindən baş verdiyini bildirib.
Qeyd edək ki, Coselin Vildenşteyn plastik əməliyyatlara 5 milyon dollardan çox pul xərcləmişdi. Onun bu cərrahi müdaxilələrə müraciət etməsinin səbəbi ərinin pişiklərə olan sevgisinə uyğun olaraq onlara bənzəmək istəyi idi. O, üst və alt göz qapağı əməliyyatı, qaş qaldırma, üz dartma, dodaq doldurma, çənə böyütmə və yanaq implantları kimi çoxsaylı estetik əməliyyatlar etdirmişdi.
Hərçənd ki, Coselin nəticədən razı qalsa da, onun həyat yoldaşı Alek Vildenşteyn bu dəyişiklikləri qəbul etməmiş və onların nikahı boşanma ilə nəticələnmişdi.
Coselin Vildenşteyn plastik əməliyyatları və həyat tərzi ilə dünya mediasında daim diqqət mərkəzində olub.
Oxşar xəbərlər
Keti Perrinin keçmiş həyat yoldaşı, məşhur komediyaçı Rassel Brend cinsi zorakılıqda ittiham olunur
İngiltərə polisi məşhur komediyaçı və aktyor Rassel Brendə qarşı yeni cinsi zorakılıq ittihamlarını açıqlayıb. Bir vaxtlar radio aparıcısı kimi də tanınan Brend...