Pərəstişkarları onların yenidən evlənəciyini ümid edir
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Yusif Eyvazov və keçmiş həyat yoldaşı Anna Netrebko son vaxtlar tez-tez bir araya gəlir.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu ilin iyununda 10 illik evliliyinə son qoyan opera ifaçıları bu yaxınlarda Madriddəki "Teatro Real"da keçirilən birgə tamaşalarla pərəstişkarlarını sevindirib.
Son tamaşada onların bir araya gəlməsi pərəstişkarlarına ümid verib. Sosial şəbəkə istifadəçiləri onların yenidən bir araya gələcəklərini müzakirə ediblər.
"Nə gözəl cütlükdür. Yenə də qovuşmağa ümid edirsən", "Bəlkə yenidən qovuşa bilərsən? Sevgi yaşayır...", "Bəzi evlilikdə olanların münasibətləri bu cüt keçmişdən də pisdir. Siz gözəlsiniz!", "Nə də ahəngdar cütlüksünüz. İnanıram ki, tezliklə qovuşacaqsınız. Bunu sizin və Yusifin gözündən oxumaq olar, o, həmişə sizə pərəstişlə baxır" deyə, fanatlar onlara mesaj yazıblar.
Oxşar xəbərlər
Xalq artistinin oğlu Çində Ali təhsil alır
Xalq artisti Miri Yusifin oğlu Çində maliyyə üzrə təhsil alır. BAKU.WS xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı" verilişində bildirib. O böyük oğlu Mircahi...