Pələng qəfəsinə girən Sevda: "Pələng məni parçalasa da..."
Müğənni Sevda Yahyayeva Tailanda etdiyi maraqlı səyahətindən danışıb.
BAKU.WS xəbər verir ki, "Xəbərin var?" verilişinə qonaq olan ifaçı Phuket adasında pələng qəfəsinə girərkən qorxulu anlar yaşadığını dilə gətirib.
"Biz həyat yoldaşımla birinci Banqkoka getdik. Mən isə pələngləri görmək istəyirdim. Daha sonra Phuketə yollandıq. Mən də həyatımda ilk dəfə idi ki, canlı pələnglə təmasda idim. Biletləri baha idi. Amma ödəniş etdik. Mənim içəri daxil olmağım üçün qəfəsi açdılar. Həmin vaxt çox qorxurdum. Amma dedim ki, pələng məni parçalasa da bu qəfəsə girməliyəm. Sonra gördüm ki, təhlükəsizdir".
Ətraflı videoda:
Oxşar xəbərlər
İbrahim Tatlısesin konsertində fanatı özünü səhnəyə atdı
Məşhur müğənni İbrahim Tatlısesin Rusiyadakı konsertində maraqlı anlar yaşanıb. BAKU.WS xəbər verir ki, Moskvada baş tutan musiqili proqram zamanı sənətçinin f...