Paksitanda yeni təklif: Ər arvadını döyə bilər
İslam İdeologiyası Şurası qadınların müdafiəsi üçün yeni layihə hazırlayıb.
Pakistanın İslam İdeologiyası Şurası qadınların müdafiəsi ilə bağlı öz qanun layihəsini təqdim edib.
Oxu.Az The Express Tribune nəşrinə istinadən xəbər verir ki, layihədə qadının ərinə açıq itaətsizlik göstərdiyi təqdirdə onu yüngül döymək tövsiyyə olunur.
Yeni təklifə görə, fiziki güc tətbiqi üçün əsas kimi həyat yoldaşının göstərişlərini yerinə yetirməmək, onun arzuladığı kimi geyinməmək və dini izahı olmadan cinsi əlaqəyə girməkdən imtina etmək göstərilir.
İlahiyyətçilərin fikrincə, qadını həmçinin hicab geyinməyəndə, naməlum şəxslərlə danışanda, yüksək səslə danışanda və ərinin razılığı olmadan digər şəxslərə pul verəndə döymək olar.
Sənəddə həmçinin, qadınlar üçün bir sıra sosial məhdudiyyətlət təklif olunur - ibtidai təhsildən sonra kişilərlə birgə təhsil almağa qadağa, hərbi münaqişələrdə iştirak etmək qadağası, xarici nümayəndə heyətlərini qəbul etmək qadağası. Qadın həkimlərə kişi xəstələri müayinə etməyə icazə verilmir. Həmçinin qadın cinsinin nümayəndələrinə reklam çarxlarında çəkilmək qadağan olunur.
Müəlliflər hesab edirlər ki, 120 gündən sonra abort qətl kimi qiymətləndirilməlidir.
BAKU.WS
Oxşar xəbərlər
Dubaydan yeni fətva - “Wi-Fi”-yə icazəsiz qoşulmaq haramdır
Dubayın İslam və Xeyriyyəçilik işləri üzrə departamenti yenifətva verib. BAKU.WS xarici KİV-ə istinadən məlumat verir ki, yeni fətvaya görə, sahibinin xəbəri...