Özcan Dənizin arvadının onu şillələdiyi görüntülər yayıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur müğənni Özcan Dənizlə keçmiş həyat yoldaşı Feyza Aktan arasında gərginlik bitmək bilmir.
BAKU.WS xəbər verir ki, yeganə övladlarının qəyyumluq hüququ uğrunda mübarizə aparan keçmiş cütlüyün bu dəfə dava etdiyi görüntülər yayılıb.
Sözügedən videoda Dənizin Feyzanın hücumuna məruz qaldığı görüntülər əksini tapıb.
Müğənni keçmiş həyat yoldaşı ilə mübahisə edib, bu zaman Aktan Dənizə sillə vurub və onun əynindəki paltarlarını cırıb. Həmin an baş verənlər təhlükəsizlik kameraları tərəfindən görüntülənib.
Qeyd edək ki, Özcan Dənizlə Feyza Aktan 2019-cu ildə ayrılıb. Onların Kuzey adında azyaşlı övladı var. Özcan verdiyi müsahibələrindən birində Aktanın övladından ona qarşı pul kartı kimi istifadə etməsindən şikayətlənib. O, Feyzanın oğlunu yanında saxlamaqla onun pulundan istifadə etməyə çalışdığını bildirib.
Oxşar xəbərlər
Məşhur aktyor keçmiş arvadı tərəfindən döyüldü - FOTO
Qəyyumluq məsələsində üz-üzə gələn türkiyəli məşhur aktyor Özcan Dənizlə Feyza Aktan arasında gərginlik azalmır. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, eks...