"Şou-biznesin seks simvolu Murad Dadaşovdur" - Aygün Kazımova

Şou-biznesin seks simvolu Murad Dadaşovdur - Aygün Kazımova
Şou-biznes 2363
Ötən gün tədbirlərin birinə qatılan Xalq artisti Aygün Kazmova jurnalistlərin suallarını cavablandırıb. BAKU.WS xəbər verir ki, pop-diva jurnalistin "Niyə son bir neçə ildə təmtəraqlı doğum günü məclisi təşkil etmirsiniz?" sualına "Gələn il hamısının acığını çıxacağam. Bu, elə-belə deyil" - deyə, cavab verib. İfaçı yerli şou-biznesin seks simvolunun kimliyini də açıqlayıb: "Mənim üçün şou-biznesin seks simvolu Murad Dadaşovdur. Siz bizi başa düşməzsiniz". Bundan əlavə, sənətçi 14 fevralı sevgililər günü kimi qeyd etmədiyini vurğulayıb: “İlllər əvvəl də demişəm. Mənim üçün iyunun 30-u sevgililər günüdür. Bu günü qəbul etmədiyim üçün hədiyyə də arzulamıram”. BAKU.WS

Son xəbərlər