“Oskar”ın qalibləri bəlli oldu - FOTOLAR

25
fev
2019
10:44
ABŞ-ın Los-Anceles şəhərində ABŞ kinoakademiyasının 91-ci “Oskar” mükafatlandırma mərasimi keçirilib.BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, baş tutan tədbirdə “İlin ən yaxşı filmi” nominasiyasında “Yaşıl kitab” tragikomediyası qalib gəlib.“Ən yaxşı rejissor” “Roma” filminə görə Alfonso Suaron, “Ən yaxşı qadın aktrisa” “Sevimli” filmindəki roluna görə Olivia Kolman, “Ən yaxşı kişi aktyor” isə “Bohemian Rhapsody” filminə görə Rami Malek seçilib.“Ən yaxşı ikinci dərəcəli aktrisa” Recina Kinq, “Ən yaxşı ikincidərəcəli aktyor” Maherşala Ali, “Ən yaxşı film mahnısı” “Ulduzun doğuluşu” filmindəki Ledi Qaqanın ifası “Shallow”dur. “Ən yaxşı film musiqisi” isə “Qara Bəbir” filminin musiqisi seçilib. “Xarici dildə ən yaxşı film” nominasiyasının qalibi isə “Roma” olub.BAKU.WS


































































Oxşar xəbərlər
"Altın Kelebek"də göz oxşadılar - Məşhurların dəb yarışı (FOTOLAR)
9 dekabr tarixində Türkiyənin İstanbul şəhərində 45-ci "Altın Kelebek" mükafatlandırma mərasimi baş tutdu. BAKU.WS-in məlumatına görə, Cem Davran və Çağla Şikel...