Osimhen 300 milyonluq kolleksiyasından olan lüks maşını ilə görüntüləndi
"Qalatasaray"ın nigeriyalı ulduz hücumçusu Viktor Osimhen lüks avtomobili ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, İstanbul küçələrində İtalyan avtomobil nəhəngi "Ferrari" markasına aid lüks maşını ilə görüntülənən Osimhen bütün diqqətləri üzərinə çəkib.
"Ferrari"nin aqressiv dizaynı və estetik görünüşü xeyli marağa səbəb olub.
Avtomobilin bazar dəyəri barədə rəsmi məlumat verilməsə də, ulduz futbolçunun lüks nəqliyyat vasitəsi qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, bir neçə ay əvvəl Türkiyə mətbuatında Viktor Osimhenin 300 milyon lirə dəyərində avtomobil kolleksiyası olması ilə bağlı xəbərlər dərc olunub.
Ulduz futbolçunun lüks avtomobillərinin bir neçəsinin fotosunu təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə"
Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. BAKU.WS xəbər verir ki, pop ulduz əlamətdar yaş günündə özünə yeni m...