Ölüm ayağında işlədilən sözlər: İnsanlar ölərkən nə danışırlar?
26
yan
2019
12:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı linqvist Liza Smart insanların ölümqabağı ən çox istifadə etdiyi ifadələri toplayaraq "Ölüm qabağı sözlər" adlı araşdırma yazıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniya universitetinin məzunu belə bir əzablı elmi işi atasının ölümündən sonra yazmağa qərar verib. Qadının sözlərinə görə, atası peşəkar psixoloq olub. Xərçəngdən ölən psixoloq ölüm öncəsi klassik musiqi dinləyib, lakin son nəfəsində əlaqəsiz sözlər işlədib.Mütəxəssiz bundan sonra tanatoloji linqvistika sahəsini araşdırmağa qərar verib.Smartt öz kitabı üçün materialları ən fərqli vasitələrlə toplayıb. Belə ki, o, keşişlərlə, ölüm qabağı günahlarını etiraf edənlərlə,hospis əməkdaşları (əlacsız xəstələr üçün yaradılmış klinika) ilə söhbətlər edib, internet istifadəçiləri arasında sorğu keçirib. Nəticədə təxminən 200 insandan 2000 ifadə toplamağa nail olub.Adətən, insanlar bu dünyanı tərk edərkən yaxın insanlarına minnətdarlıq bildirən ifadələrlə müraciət edirlər, həmçinin onlardan kömək istəyirlər. Elələri də var ki, ölüm ayağında anasını çağırır və ya söyüş söyür. Bununla belə, insanların çoxunun ölüm qabağı əlaqəsiz sözlər işlətdiyi məlum olub. Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Almaniyada ölüm hökmü tamamilə ləğv edilib
Almaniyanın Hessen federal torpağı Konstitusiyadan ölüm hökmü cəzasını çıxaran qanun qəbul edib.BBC-nin məlumatına görə, ölüm cəzası bütün Almaniya ərazisində t...