Öküz kəsilməkdən canını qurtardı və dənizdə 23 kilometr üzdü – FOTO

Öküz kəsilməkdən canını qurtardı və dənizdə 23 kilometr üzdü – FOTO
Şou-biznes 2725
Türkiyədə Qurbanlıq bayramında kəsilməkdən canını qurtaran öküz məşhurlaşıb.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərzurumda yaşayan kəndli öküzünü Rizəyə gətirib və Qurban bayramında satmaq istəyib. Bazara qurban kəsməyə gələnlərdən biri ilə razılaşıb.Öküzü kəsmək istəyərkən heyvan insanların əlindən qaçıb. Öküz bazarın hasarından tullanaraq dənizə düşüb.Öküzün sahibləri heyvanı 3 gün axtarıblar. Nəhayət öküzü Trabzon sahilində dənizdən tapıblar. Ölümdən qaçan qurbanlıq 23 kilometr üzərək canını qurtarıb.Həmin öküz dənizdən çıxarılıb və sahibinə qaytarılıb. Hadisədən sonra həmin öküz məşhurlaşıb. Onun barədə sosial şəbəkələrdə yazıblar.Heyvanın sahibi deyir ki, öküzü məşhurlaşdığı üçün onu dəyərindən 3 dəfə baha satacaq.Cavid BabayevBAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu gün Azərbaycanda İslam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.BAKU.WS xəbər verir ki, İslamda cəmi iki bayram - Eydü...

36 Şou-biznes 09:18 22 avqust 2018

Son xəbərlər