"Borcu olan insanlar qurban kəsməsin" - VIDEO
31
avq
2017
20:26
Müsəlman dünyası Qurban bayramını qeyd etməyə hazırlaşır. BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, bu bayramın mahiyyəti, sadəcə, Allah yolunda qurban kəsmək deyil. Əsas mahiyyət ehtiyacı olan insanlarla paylaşmaq, onları sevindirməkdir. Bəs Qurban kəsmək kimlər üçün vacibdir? “O adamlar ki, qurban kəsməyə maddi durumu, imkanı, cürəti çatırsa, ən azı bir xırda buynuzlu heyvanı almağa lazım olan məbləği varsa və ailəsinin çətinliyi olmayacaqsa, bunu icra etməlidir”. Borcu olan insanların qurban kəsmələri məsləhət görülmür: “O insanlar ki, maddi durumları aşağıdır, borcları var, daha yaxşı olar ki, borcu borcunu versin. Onların qurban kəsmələri məsləhət deyil”. Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullah deyir ki, kəsilən heyvanlar sübhdən axşama qədər icra olunsa yaxşıdır. Heyvanların gecə kəsilməsi və hətta heyvanların biri-birinin yanında kəsilməsi düzgün hesab edilmir. Kəsilən qurban üç hissəyə bölünməlidir. İncə məqamlardan biri də odur ki, müsəlman olmayan, ancaq yoxsul, imkanı olmayanlara da qurban əti verilə bilər. Bir neçə adam bir heyvan alıb şərikli də kəsə bilər: “Ən xırda iri buynuzlu heyvan, maddi imkanı varsa, iri buynuzlu heyvan da ala bilər. Dana, oküz, dəvə kəsə bilər. Bu heyvanların erkəyi kəsilməlidir. İri buynuzlu heyvanların kəsilməsinə 7 nəfər şərik ola bilər, amma xırda buynuzlu heyvanı bir nəfər kəsməlidir”. Qurbanlığın əsas mahiyyəti və fəlsəfəsi məhz insanların bir araya gəlməsi, paylaşması, bərabərlik nümayiş etdirməsidir. Qurban bayramında tək qurban əti paylamaqla məsələ bitmir. Həmin gün sevilən əməllərdən biri də qohumlara baş çəkmək, imkansızların qapısını döyüb hal-əhval tutmaqdır. Allah kəsdiyiniz qurbanları qəbul etsin! BAKU.WS
Oxşar xəbərlər
Bakıda maraqlı sorğu: Qurban Bayramında pişik, dovşan da kəsmək olar (VİDEO)
Qurban bayramı ərəfəsində insanlarda bayram əhvalı ilə yanaşı, həm də qayğılar hiss olunur. Bayramı qeyd etmək, onun qaydalarına uyğun hərəkət etmək hər bir in...