Oksana və İlhamə Dubayda məşhur repçi ilə - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni İlhamə Qasımova ilə rəqqasə Oksana Rəsulova xaricə istirahətə yollanıblar.
BAKU.WS xəbər verir ki, hazırda onlar Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən biri olan Dubayda dincəlirlər.
Sosial şəbəkədə istirahətdən fotolarını paylaşan məşhurlar yeni görüntülərini yayımlayıblar.
Sənətçilər Dubayda RedOne ləqəbli repçi Nadir Khayatla qarşılaşıblar. Onlar mərakeşli ifaçı ilə foto çəkdirərək sosial şəbəkə hesablarında paylaşıblar.
Məşhurların bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, müğənniliklə yanaşı prodüserlik edən RedOne 10 dəfə "Grammy"yə namizəd olub. Hazırda 3 "Grammy"si olan repçi əsasən pop, rok, hip-hop janrlarında ifa edir.
Qalereya
Oxşar xəbərlər
Məşhurların həftəsonu istirahəti - FOTO
Tanınmış şou-biznes nümayəndələri sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkiblər. BAKU.WS xəbər verir ki, onlar şəxsi “Instagram” hesablarında həftəsonu ist...