Nura Suri artıq qayınanadır
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Nura Suri “7 canlı” verilişində qonaq olub.
BAKU.WS axşam.az-a istinadla xəbər verir ki, proqramın aparıcısı Vüsalə Əlizadə ifaçının bu yaxınlarda qayınana olacağını deyib:
“Demək olar ki, artıq qayınana olmuşam. Bir çoxları oğlum Davidi görür, elə bilir ki, uşaqlarım balacadır. Mən çox erkən ailə qurmuşam. Camaat rəfiqələri ilə oynayanda, universitetdə oxuyanda mən uşaq bələyirdim. Böyük oğlumun artıq 24 yaşı var”.
N.Sura aparıcının “İstəmirdin. Deyirdin ki, bəlkə o qızı almadım” sualına isə belə cavab verib:
“Məndən soruşan olmadı. Dedi ki, “Bəyənsən də, bəyənməsən də seçimim budur”. Uşaqları elə böyütmüşəm ki, öz seçimini edə bilirlər. Öz ayaqları üzərində durmağı bacarırlar. 16 yaşında xaricə göndərmişəm, orada təhsillərini davam etdirib. İşləyir, pul qazanır. Öz istədiyi xanımla, hər şeyi öz pulu ilə edir. Mən nə deyə bilərəm”.
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...