Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu

Nüfuzlu mükafata layiq görülən Cim Kerri zarafatı ilə gündəm oldu
Video
Şou-biznes 428

Hollivud ulduzu Cim Kerri Fransanın nüfuzlu "Sezar" kino mükafatına layiq görülüb.

BAKU.WS xəbər verir ki, o mükafatı fransız dilində çıxış edərək qəbul edib və zalda alqışlarla qarşılanıb.

"Fransızcam necə idi? Demək olar ki, orta səviyyəyə yaxın, elə deyil?" - deyə 64 yaşlı Kerri bildirib.

O, həmçinin təxminən 300 il əvvəl yaşamış fransız qohumunun olduğunu xatırladıb.

Xatırladaq ki, Kerrinin karyerası stand-up komediyası ilə başlayıb, 1990-cı illərdə isə "Səfehlər və səfehlər", "Maska" və "Eys Ventura: Ev heyvanları detektivi" filmləri ilə böyük populyarlıq qazanıb.

O, daha dramatik rollara üstünlük verib və "Trumen Şousu" filmindəki roluna görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

57 yaşlı müğənni reanimasiyadan çıxdı - Ona qaraciyər köçürüləcək

57 yaşlı müğənni reanimasiyadan çıxdı - Ona qaraciyər köçürüləcək

Türkiyəli müğənni və bəstəkar Nev (Nevzat Doğansoy) reanimasiyadan çıxıb.  BAKU.WS xəbər verir ki, 57 yaşlı müğənniyə qaraciyər köçürüləcək. Xatırladaq ki, sənə...

39 Şou-biznes 15:37 01 oktyabr 2026

Son xəbərlər