Niki Minaj köməkçisini döyüb?
05
yan
2025
08:55
Reper Niki Minajın keçmiş köməkçisi Brendon Covan Qarret Los-Anceles Ali Məhkəməsində müğənniyə qarşı iddia qaldırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Qarret Minajı ona hücumda, döyməkdə və qəsdən emosional sıxıntıya məruz qoymaqda ittiham edib.
Brendon ifaçıdan təzminat tələb edib.
İddia ərizəsində keçmiş işçi reperin öz narazılığını bildirmək üçün bir il əvvəl "Pink Friday 2" turu zamanı bütün heyəti soyunub-geyinmə otağına necə yığdığını xatırladıb.
Minajın vəkili Qarretin iddialarını tamamilə yalan və qeyri-ciddi adlandırıb.
Oxşar xəbərlər
Tünzalə Ağayeva izləyicilərinin arzusunu gerçəkləşdirdi
Xalq artisti Tünzalə Ağayeva xarici görünüşündə dəyişiklik edib. BAKU.WS xəbər verir ki, sənətçi saçlarını qısa kəsdirib. Bununla da ifaçı izləyicilərinin arzus...