Nigarla DYP barışdı: "Məsələ həll olundu"

Nigarla DYP barışdı: Məsələ həll olundu
Şou-biznes 3272

 

"Eurovision 2011" qalibi Nigar Camal ilə Dövlət Yol Polisi İdarəsi arasında yaşanan gərginlik sona çatıb. 

BAKU.WS xəbər verir ki, bu barədə qafqazinfo-ya açıqlamasında müğənninin özü məlumat verib. Nigar Camal idarədən ona zəng gəldiyini, problemin aradan qalxdığını bildirib:

"Bu söhbətlərlə bağlı çox danışmaq istəmirəm. Çox məlumatlar çıxdı. İndi mən bunu yenidən şişirtməyə, dilimə gətirməyə ehtiyac duymuram. Artıq polislə danışmışıq, məsələ həll olundu. Mövzu ilə bağlı heç bir quruma şikayət etmək fikrində deyiləm". 

Qeyd edək ki, ötən gün sənətçi "DYP - axır zamanlar çox qudurublar" deyərək Dövlət Yol Polisi əməkdaşlarını sərt tənqid etmişdi. 

İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə açıqlamasında mövsu ilə bağlı araşdırma aparıldığını bildirmişdi. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nigar Camal Vaqif Əsədova cavab verdi: "Ramil Usubova şikayət edəcəm"

Nigar Camal Vaqif Əsədova cavab verdi: "Ramil Usubova şikayət edəcəm"

"Eurovision" 2011-in qalibi Nigar Camal Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Vaqif Əsədova cavab verib. BAKU.WS-in məlumatına görə, ifaçı 1news.az-a bil...

2174 Şou-biznes 17:50 19 iyun 2017

Son xəbərlər