Nigar Camal Vaqif Əsədova cavab verdi: "Ramil Usubova şikayət edəcəm"
"Eurovision" 2011-in qalibi Nigar Camal Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Vaqif Əsədova cavab verib.
BAKU.WS-in məlumatına görə, ifaçı 1news.az-a bildirib ki, əgər belə bir şey olsa Daxili İşlər Nazirliyinin naziri Ramil Usubova müraciət edəcək.
"Belə bir hadisə baş versə DİN-in rəhbərliyinə yazacam. Hər bir inspektor başa düşməlidir ki, prezident İlham Əliyev dövlətimizin qanunluğunu təmin etmək üçün hər şey edir. Lakin, kiçik bir hal dövlət tərəfindən həyata keçirilən böyük işlərə kölgə sala bilər”.
Qeyd edək ki, ifaçı sosial şəbəkədə Yol Polislərini kəskin dərəcədə tənqid edib. Buna cavab olaraq isə Dövlət Yol Polis İdarəsininin mətbuat katibi Vaqif Əsədov bildirib ki, araşdırılma aparılması üçün iki gün ərzində N.Camal ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.
BAKU.WS
Oxşar xəbərlər
Nigar Camalın sözləri DYP-ni ayağa qaldırdı
"Eurovision" 2011-in qalibi Nigar Camalın yol polisləri ilə bağlı səsləndirdiyi tənqidi fikirlərər cavab çox gecikməyib. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol...