İnfarkt və insultun əsas simptomları
Yeniliklərdən dərhal xəbərdar olun
“İnfarkt əsasən ağrısız formada qeydə alınır”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “British Heart Foundation” təşkilatının məqaləsində qeyd olunub.
Bildirilib ki, sinədə ağrı, damarların tıxana biləcəyi əzalardakı ağrı, nəfəs almaq çətinliyi, yorğunluq, əzələ zəifliyi və beyinə kifayət qədər qan getməməsi səbəbindən fikir qarışıqlığı infarkt və ya insultun yaxınlaşmasından xəbər verir.
Müəyyən həyat tərzi də “pis” xolesterol səviyyəsini artırır. Siqaret çəkmək, fiziki hərəkətsizlik, həddindən artıq kökəlmək, piylənmə və zərərli pəhrizlər də ölümü yaxınlaşdırır.
İnsultdan qorunmaq üçün qidalanmaya diqqət etməyin və fiziki aktivliyin vacibliyini vurğulayan ekspertlər bildirib ki, insult riskini azaltmaq üçün müntəzəm idman lazımdır.
Oxşar xəbərlər
Damar tıxanmasından bizi qoruya biləcək 7 məhsul
İldən ilə ürək-damar xəstəliklərindən əziyyət çəkən və bu xəstəliklərdən ölən insanların sayı artır.Düzgün olmayan qidalanma damar problemlərinin əsas səbəbləri...