İnfarkt keçirdiyi deyilən Nurlan Əzizbəylidən son xəbər (VİDEO)

İnfarkt keçirdiyi deyilən Nurlan Əzizbəylidən son xəbər (VİDEO)
Video
Şou-biznes 3135

Müğənni Nurlan Əzizbəylinin bir müddət öncə səhhətinin pisləşməsi haqda xəbər vermişdik.

BAKU.WS xatırladır ki, ifaçı bu haqda sosial şəbəkədə yazmışdı. O, yataqda fotosunu paylaşaraq: "Axır ki, mən də yatağa düşdüm. Üstünüzə sağlıq, amma keçər, yəqin”, - deyə qeyd edib. 

Müğənni bildirib ki, həkimlər ona mikroinfarkt diaqnozu qoyublar. 

Xəzər TV-nin "Xəzər Maqazin” verilişinin çəkiliş heyəti N.Əzizbəyliyə baş çəkib. Ev şəraitində müalicə olunan müğənninin hazırkı durumu ilə maraqlanıb.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, N.Əzizbəyli ağır vəziyyətdə olduğunu qeyd etsə də, ev şəraitində müalicə aldığını diqqətə çatdırıb. O, mikroinfarkt keçirməsini son zamanlar gündəmdə ola bilməməsi ilə əlaqələndirib.

Yeri gəlmişkən, onu da əlavə edək ki, N.Əzizbəyli 2014-cü ildə xəstə olması ilə bağlı yalan xəbər yaymışdı. 

Belə ki, müğənni sosial şəbəkədə "Əziz dostlar, çox pisəm, xəstəxanaya gedirəm. Dualarınızı məndən əsirgəməyin və haqqınızı halal edin”, - deyə yazmışdı.

Jurnalistlər zəng edərək, N.Əzizbəylinin hansı xəstəxanaya yerləşdiyini soruşan zaman isə sənətçinin xanımı Nərmin Əzizbəyli evdə qonaqlarının olduğunu əsas gətirərək, səhiyyə ocağının adını deməmişdi.

Aysel.Ş

BAKU.WS

Son xəbərlər