Nəsrin Cavazadənin yeni serialından rekord: 24 saatda 5 milyon dəfə izlənildi
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Nəsrin Cavazadənin baş rolunda çəkildiyi "Daha 17" serialı rekorda imza atıb.
BAKU.WS xəbər verir ki, ekran işinin ilk bölümü YouTube platformasında 24 saat ərzində 5 milyona yaxın izlənilib.
Serialın mərkəzində uşaq evində böyümüş 17 yaşlı Arasın həyatı dayanır.
Ekran işi yalnız televiziya ekranlarında deyil, rəqəmsal platformalarda da böyük maraq doğurub.
Bodrumda çəkilən seriala izləyicilər tərəfindən "İlk bölümdən maraq oyatdı", "Bodrumun atmosferi və hekayə xətti möhtəşəmdir", "Yeni mövsümün ən uğurlu layihələrindən biri olacaq" kimi şərhlər gəlib.
Serialın rejissoru Emre Kabakuşakdır. Layihədə Armağan Oğuz, Ceren Ayruk, Ata Yaşat və digər tanınmış simalar da rol alırlar.
Layihənin prodüserləri Yaşar İrvül və Efe İrvüldir.
Qalereya
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...