Nazirlikdən xəbərdarlıq: Hava yenidən soyuyur
Aprelin 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağış yağacağı, bəzən intensiv olacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü və 2-də arabir güclənən gilavar küləyinin 3-də güclü xəzri küləyi ilə əvəz olunacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Rayonlarda aprelin 3-ü gündüzdən 4-ü səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi yağış, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Ayrı- ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
BAKU.WS
Oxşar xəbərlər
Hava kəskin dəyişir
Paytaxtda intensiv yağışlar, rayonlarda isə sulu qar proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAK...