Nazirlikdən qar və leysan xəbərdarlığı

Nazirlikdən qar və leysan xəbərdarlığı
Şou-biznes 3247

 

Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

Məlumata əsasən, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-11dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın17-də yağış yağacağı, arabir leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi yerlərdə güclü olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-1 dərəcə isti, gündüz 10-14 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Şahin Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli...

20 Şou-biznes 12:49 13 oktyabr 2016

Son xəbərlər