Nazirlik açıqladı: sabah qar yağacaq, şaxta olacaq

Nazirlik açıqladı: sabah qar yağacaq, şaxta olacaq
Şou-biznes 7269

 

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 9-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 3-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 %, təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Fevralın 09-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə...

2198 Şou-biznes 12:57 16 dekabr 2016

Son xəbərlər