Nazirin idmançıya 100 minlik toy hədiyyəsi verməsi iddiasına cavab
"Cənab nazir bir çox tanınan idmançıların toyunda iştirak edə bilər. O demək deyil ki, hər iştirak etdiyi toyda maşın bağışlayır".
BAKU.WS-in məlumatına görə, bunu Milli.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.
O qeyd edib: "Yayılan məlumat həqiqətə uyğun deyil və bu cür məlumatlar veriləndə orada mənbənin göstərilməsi peşəkarlıqdan xəbər verir ki, bu da bəzi saytlarda yoxdur".
Qeyd edək ki, bu gün bəzi saytlar karate üzrə milli komandamızın kapitanı, dəfələrlə dünya və Avropa çempionu Rafael Ağayevə bahalı avtomobili nazir Azad Rəhimovun hədiyyə etdiyini yazıb. Rafael bu gün öz Instagram səhifəsində ona avtomobil hədiyyə edildiyini qeyd edib.
BAKU.WS
Oxşar xəbərlər
Rafael Ağayevə 100 minlik toy hədiyyəsi
Azərbaycan idmançıları arasında ən sayılıb-seçilən, bayrağımızı mötəbər yarışlarda dəfələrlə yüksəyə qaldırıb himnimizi səsləndirən karateçimiz yeni avtomobil ə...