Nazir xanımı ilə “Nizami” Kino Mərkəzində (FOTO)

Nazir xanımı ilə “Nizami” Kino Mərkəzində (FOTO)
Şou-biznes 1470

"Nizami” Kino Mərkəzində "Robinzon və 9 Cümə” filminin təqdimatı olub. Filmi Azərbaycan kinematoqrafçılarının köməyi ilə Gürcüstanın "K Production” kinoşirkəti istehsal edib. BAKU.WS-in məlumatına görə, filmin nümayişindən əvvəl yaradıcı qrupun iştirakı ilə mətbuat konfransı keçirilib. Azərbaycanın Əməkdar İncəsənət Xadimi, kinorejissor və ssenarist Ayaz Salayev qonaqları təqdim edərək bildirib ki, layihə BGSS Britaniya-Gürcüstan Ticarət Palatasının, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Macəra dolu komediyanın çəkilişləri Bakı, Tbilisi, Minsk və digər şəhərlərdə aparılıb. Filmin rejissor Georgi Kikalişvili bildirilib ki, filmdə Gürcüstan tərəfindən tanınmış aktyorlar Vaxtanq Kikabidze, İrakli Pirtsxalava, Keti Topuriya, Arçil Meparidze, Nani Breqvadze, Kaxi Kavsadze, habelə tanınmış Azərbaycanın aktyorları Polad Bülbüloğlu, Bəhram Bağırzadə, habelə Manana Çaparidze və başqaları çəkiliblər. Komediya janrında çəkilən "Robinzon və 9 Cümə” filmi ingilis yazıçısı Daniel Defonun "Robinzon Kruzo” romanının yeni ekran təcəssümüdür. Süjetə görə, Robinzon həm Tbilisi, həm də Bakı üçün ənənəvi olan adi italyan həyətində yaşayır. Qonşularının deyib-gülən olmasına baxmayaraq, onun həyatı darıxdırıcı və yeknəsəkdir. Günlərin bir günü qəribə yuxu görənə qədər. Robinzon yatıb yuxusunda görür ki, mələk (Kaxi Kavsadze) ona xoşbəxtliyin açarını təqdim edir. İş elə gətirir ki, o, tezliklə kimsəsiz adaya düşür. Əsas macəraları da elə bu adada başlayır. "Robinzon və 9 Cümə” filminin ssenari müəllifi Nikoloz Ramişvilidir. Gürcüstan-Azərbaycan dostluğu, mehriban qonşuluq və məhəbbət filminin əsas qayesini təşkil edir. Georgi Kikalişvili Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə və onun müavini Sevda Məmmədəliyevaya təşəkkürünü bildirib. Qonaqlar jurnalistlərin suallarına cavab veriblər. FOTO: Qafqazinfo

BAKU.WS

Oxşar xəbərlər

Özcan Deniz Bakıya gəlir

Özcan Deniz Bakıya gəlir

Türkiyənin tanınmış müğənnisi Özcan Deniz Bakıya gələcək. BAKU.WS məlumat verir ki, müğənni rejissoru olduğu, özünün də rol aldığı "Her şey aşktan" filminin q...

1899 Şou-biznes 13:40 19 fevral 2016

Son xəbərlər